AZ

Overçukdan Azərbaycanla bağlı AÇIQLAMA

Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana dəmir yolu ilə daşınması bütün tərəflər üçün faydalıdır və bu, daşınmaların sayının getdikcə artması ilə öz təsdiqini tapır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə Ermənistana çatdırılması barədə razılıq cəmi bir neçə gün ərzində əldə olunub:

"Otuz ildən sonra ilk dəfə Ermənistana dəmir yolu ilə gələn ilk taxıl yükü Rusiyaya məxsus idi. Hazırda gübrələrin daşınmasına başlanılıb və yüklərin çeşidi genişlənir. Bu, hər kəs üçün - Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan üçün sərfəlidir. Hamı üçün yeni gəlir mənbəyi yaranıb və Rusiyanın buna birbaşa aidiyyəti var".

Rusiya rəsmisi vurğulayıb ki, ölkə hökuməti region dövlətləri arasında ticarətin inkişafında və yük axınının artırılmasında maraqlıdır.

"Biz Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan dövlətin blokadadan çıxarılması məsələsində göstərdikləri konstruktiv və səmərəli əməkdaşlığa görə Azərbaycan və Gürcüstana minnətdarıq", - deyə A.Overçuk əlavə edib.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr