
O qeyd edib ki, ümumilikdə, yerdəyişmə üçün müəllimin son iş yerində 3 il təcrübəsi olmalıdır:
"Pedaqoq bu halda yerdəyişmədə iştirak edə bilər. 3 il təcrübə axırıncı daimi iş yerində olmalıdır. Yəni deyək ki, müəllimin bütövlükdə 10 il təcrübəsi var, lakin sonuncu işlədiyi məktəbdə 3 il olmayıbsa, sözügedən prosesdə iştirak edə bilməz.
Sertifikasiya balı və ya müəllimlərin işə qəbul imtahanında topladığı bal da əsasdır. Hazırda bunlar olduğuna görə diaqnostik qiymətləndirmə balı çox rol oynamır. 60 ballıq sistemlə nəzərə alınır, Müəllimlərin İşə Qəbul (MİQ) imtahanının 100 ballıq sistemi də 60-a uyğunlaşdırılır".
O bildirib ki, rayonlardan Bakıya iş yerlərinin dəyişdirilməsi mümkün deyil:
"Lakin Bakıdan rayonlara yerdəyişmə mümkündür. Habelə rayonlararası yerdəyişmə də etmək olar. Bakı şəhərini dedikdə isə Abşeron rayonu bura daxil deyil".
Ekspert əlavə edib ki, analıq məzuniyyətində olan müəllimlər ilə yanaşı MİQ balı, sertifikasiya balı və ya diaqnostik qiymətləndirmə balı 30-dan az olanlar da yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.