AZ

Amnistiya aktı: Qadınlar, yaşlılar, veteranlar – Neçə nəfərə şamil olunub?

Bakı. Trend:

22 dekabr 2025-ci ildən 31 mart 2026-cı ilədək prokurorluq vəməhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar vəProbasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18203 nəfər barəsində amnistiya qərarı tətbiq olunub.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, onlardan 5 310-u müəyyən müddətəazadlıqdan məhrumetmə, 10 226-sı isə azadlıqdanməhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2648 nəfərin cəzası 6 ay azaldılıb.

19 nəfər isə cinayət məsuliyyətindən azadedilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətənmüharibəsində iştirak etdiyinə görə 20 və qərarqüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə18 nəfər də cəzadan azad edilənlər arasında yeralıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1 309-uböyük ictimai təhlükə törətməyən, 15 996-sı azağır, 898-i ağır cinayətlər törətmişşəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 17292-si kişi (onlardan 86-sı yetkinlikyaşına çatmayan şəxslərdir), 911-i qadındır(onlardan 1-i yetkinlik yaşına çatmayanşəxsdir).

Seçilən
44
18
az.trend.az

10Mənbələr