AZ

DİN: Bir gündə 45 cinayətin açılması təmin edilib

Aprelin 1-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışda olan ümumilikdə 79 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə narkotiklərlə bağlı 7 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkar olunması ilə əlaqədar isə 6 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Gülnar Nazimqızı 

Seçilən
36
50
anews.az

10Mənbələr