AZ

“Ermənistan Rusiyaya düşmən olan bloka qoşulmağa hazırlaşır”

BAKI, 2 aprel. TELEQRAF

“Moskva Ermənistanın Rusiyaya qarşı düşmən bloka çevrilmiş Avropa İttifaqına daxil olmağa hazırlaşdığını görür”.

Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Rusiya rəsmisi bu ssenarinin Ermənistan ciddi nəticələrə səbəb olacağını vurğulayıb.

“Baş verənlər Ermənistan rəhbərliyinin iqtisadi tənəzzül yaşayan və Rusiyaya düşmən olan və hərbi-siyasi bloka çevrilən Avropa İttifaqı ilə yaxınlaşmasının siyasi məntiqinə uyğundur. Rusiyaya düşmən olan blokun bir hissəsi olmaq istəyib-istəməməsi ermənilərin özlərinin məsələsidir. Amma onların buna hazırlıqlı olduqları aydındır, belə bir inkişafın uzunmüddətli və ağır nəticələri də göz qabağındadır”.

Seçilən
27
teleqraf.com

1Mənbələr