AZ

SON DƏQİQƏ: Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı bu mövqeyi təəccübləndirdi

Cənubi Qafqazda regional balans Trampın beynəlxalq sülh və rifah marşrutu layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanmasından sonra pozulub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, sözügedən sənəd daha dərin proseslərin başlanmasına səbəb olub:

“Problem ondadır ki, bu imzalar daha dərin prosesləri işə saldı. Onlar 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından bəri mövcud olan regional balansı pozdu”, — deyə Overçuk qeyd edib.

O, bildirib ki, Rusiya baş nazir müavinlərinin üçtərəfli işçi qrupunda iştirakı tərəflərin maraqlarını balanslaşdırmağa imkan verirdi. Bu zaman Ermənistanın suverenliyi, yurisdiksiyası, ərazi bütövlüyü və iqtisadi maraqları da nəzərə alınırdı:

“Azərbaycan konstruktiv mövqe tutmuşdu, İran İslam Respublikası isə həmin dövrdə Avrasiya İqtisadi İttifaqı ilə bazarların qarşılıqlı açılması üzrə danışıqlar aparırdı və Araz çayının şimal sahilinə amerikalıların dəvətindən qaynaqlanan təhdidləri hiss etmirdi”, — deyə o, əlavə edib.

Overçukun fikrincə, kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlar prosesində Rusiyanın iştirakının istənilməməsi böyük səhv olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
40
3
konkret.az

4Mənbələr