ain.az bildirir, futbolpress-az portalına istinadən.
Milsi Premyer Liqasında 20 tur geridə qalıb.
Futbolpress.az-ın məlumatına görə, çempionatda geridə qalan müddətdə yalnız iki komanda ev oyunlarında qələbə qazana bilməyib.
Autsayder “Karvan-Yevlax” və “İmişli” “doğma divarlar” arasında üç xala həsrətdir. Yevlax təmsilçisi 13 matçda 2 heç-heçə edib, 11 dəfə uduzub.
Ev oyunlarını mövsümün əvvəlində Şamaxıda, daha sonra isə Qubada keçirən “İmişli” nominal meydan sahibi olduğu 12 matçda 7 heç-heçə edib, 5 dəfə uduzub.
Ev oyunlarında ən yaxşı statistika isə “Sabah”a məxsusdur. Çempionatın lideri Masazırda keçirdiyi 13 oyunda 10 qələbə qazanıb, 1 dəfə uduzub. Maraqlıdır, yeganə məğlubiyyət məhz “İmişli”yə qarşı olub.
Bu göstəricidə ikinci sırada “Qarabağ” yer alır. Qurban Qurbanovun yetirmələri 13 ev matçında 8 qələbə qazanıb, 2 dəfə uduzub.
Ev oyunlarında ən çox məğlubiyyət yaşayan “Karvan-Yevlax”dır – 11. “Kəpəz” və “Qəbələ” isə hərəsi 8 dəfə “doğma divarlar” arasında xalsız qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.