AZ

“Azərbaycan heç nə ilə təəccübləndirmədi” – Bolqarıstan millisinin baş məşqçisi

Bolqarıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Todor Yançev AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 7-ci turunda Plovdivdə Azərbaycanla qolsuz heç-heçə haqda danışıb.

Msport.az xəbər verir ki, o, yığmamızın  xüsusi heç nə ilə yadda qalmadığını deyib:

“İdman xoşbəxtliyi yetəri qədər deyildi. Nəyin bahasına olursa-olsun, qalib gəlməli idik. Amma öz oyunumuzu göstərə bilmədik. Rupanov meydana çıxdıqdan sonra daha yaxşı oynadıq. On nəfərlə oynasaq da, yenə də şansımız var idi. Matçdan əvvəl üç futbolçumuz xəstələnmişdi. Buna yalnız təəssüflənə bilərik. Azərbaycan heç nə ilə təəccübləndirmədi. Komandamız həmişə qalib gəlmək üçün oynayır, bu dəfə də sona qədər şanslarımız var idi. Amma şans bizim tərəfimizdə deyildi”.

Seçilən
38
2
msport.az

3Mənbələr