"Cənubi Qafqaz Dəmir Yolu" (Rusiya Dəmir Yollarının törəmə şirkəti) şirkətinin konsessiyasının üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəb yoxdur.
"Report" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.
"Aydındır ki, "Cənubi Qafqaz Dəmir Yolu" konsessiyasının hər hansı bir üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəb yoxdur", - Overçuk vurğulayıb.
O həmçinin qeyd edib ki, Rusiya şirkətlərinin Ermənistanda mövcudluğunun arzuolunmazlığı barədə söhbətlər bu ölkənin biznesinin Rusiyadakı fəaliyyətinə dair məsələni gündəmə gətirəcək:
"Reallıq odur ki, Ermənistanın dəmir yolu real perspektivləri Avrasiya İqtisadi İttifaqı ilə bağlı olan bir yol olaraq qalmalı olacaq. Bizim marağımız, regionun bütün dövlətləri ilə olduğu kimi Ermənistanla da ticarəti artırmaqdan ibarətdir. Lakin əgər bizə deyirlərsə ki, Rusiya şirkətlərinin Ermənistanda mövcudluğu rəsmi Tehranın maraqlarına uyğun deyil, o zaman qarşılıqlılıq prinsipindən çıxış edərək soruşmaq ədalətli olar – "əgər Rusiya şirkətləri və sahibkarları Ermənistanda fəaliyyət göstərə və qazana bilmirlərsə, onda niyə Ermənistan şirkətləri və sahibkarları Rusiyada fəaliyyət göstərə və pul qazana bilərlər?".
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı qeyd edib ki, Ermənistan Rusiya ilə razılıq əldə olunacağı təqdirdə Qazaxıstanın Ermənistan dəmir yolları konsessiyasını (dövlət-sahibkar əməkdaşlığı - red.) almasının əleyhinə deyil.