
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev vəzifəsindən ayrılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə E.Mirsalayev özü məlumat verib. ASA-nin yeni icraçı direktoru Abas Miskərli təyin edilib.
Qeyd edək ki, Abas Miskərli yeni vəzifəsinə qədər sığorta sektorunda müxtəlif vəzifələrdə çalışıb.