Bakı. Trend:
“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinəyeni icraçı direktor təyin olunub.
ASA-dan Trend-ə verilən məlumata görə, “AzərbaycanSığortaçılar Assosiasiyası” İctimai Birliyində Təsisçilərin ÜmumiYığıncağının 2025-ci ilin yekunlarına həsr olunmuş iclasıkeçirilib.
İclasın gündəliyində duran məsələlərdən biri Birliyin icraçıdirektorunun səlahiyyət müddəti ilə bağlı olub. Belə ki, ElmarMirsalayevin icraçı direktor olaraq səlahiyyət müddəti sona çatdığıüçün səsvermə keçirilib və Abas Miskərli ASA-nın yeni icraçıdirektoru seçilib.
Qeyd edək ki, A.Miskərli 1989-cu ildə Bakı şəhərində anadanolub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr,Qərb Universitetində isə magistr təhsili alıb. 2012-ci ildəİngiltərənin Beynəlxalq Çarter Sığorta Universitetində təhsilinidavam edərək, 2016 ildə “Dip.CII” dərəcəsini alıb. Habelə dünyacanüfuzlu Kembric Universitetində maliyyə üzrə magistr təhsili alıb.20 ilə yaxın peşəkar sığortaçı təcrübəsinə malik olan A.Miskərliəmək fəaliyyəti müddəti ərzində müxtəlif sığorta şirkətlərindərəhbər vəzifələrdə çalışıb.