AZ

Hörmüz boğazı yaxınlığında təxminən 400 gəmi toplanıb - KİV

Hörmüz boğazında İran hakimiyyət orqanlarının icazəsini gözləyən təxminən 400 müxtəlif növ gəmi toplaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayılıb.

Məlumata əsasən, ABŞ və İsrailin fevralın 28-də Tehranın nüvə silahı hazırlamaq planlarını əsas gətirərək İrana hava hücumları həyata keçirməsindən sonra İran Hörmüz boğazını, o cümlədən neft tankerləri daxil olmaqla bütün gəmilər üçün bağlayıb.

Qeyd edək ki, buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hava zərbələri endirib.

Məlumata görə, hərbi əməliyyatlar nəticəsində Hörmüz boğazında həm ticarət gəmilərinin, həm də neft tankerlərinin hərəkəti ciddi şəkildə məhdudlaşıb.

Boğazdan keçidin qarşısının alınması qlobal enerji bazarında yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
22
1
redaktor.az

2Mənbələr