AZ

"Eşref Rüya" serialının 37 yaşlı aktyoru vəfat etdi

"Eşref Rüya" serialının gənc aktyoru Ramazan Tetik vəfat edib.

BAKU.WS xəbər verir ki, o aorta damarının yırtılması nəticəsində həyatını itirib.

37 yaşlı Tetik 13 saat davam edən riskli əməliyyatdan sonra reanimasiyaya yerləşdirilmişdi. Daha sonra gənc aktyorun vəfat xəbəri gəlib. Bu xəbər onu sevənləri yasa boğub.

Aktyor üçün bir müddət əvvəl qan köçürülməsi üçün donor axtarılıb.

Tetikin dəfn mərasimi ilə bağlı məlumatlar hələ ki, açıqlanmayıb.

Aktrisa Çiğdem Tunçun paylaşımına görə, Ramazan Tetik aktyorluqla yanaşı kuryer kimi də çalışıb.

Seçilən
9
far.az

1Mənbələr