AZ

Paşinyanın sevgi mesajı – Yeni VİDEOsu da gündəm oldu

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə növbəti videosunu paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan paylaşdığı videoya bu sözləri yazıb: “Sabahınız xeyir, gününüz xoş keçsin və hamınızı sevirəm”.

Baş nazirin bu cür paylaşımları sosial şəbəkələrdə tez-tez müzakirələrə səbəb olur. Paşinyan son dövrlər rəsmi çıxışlardan daha çox şəxsi videolar, gündəlik həyatı ilə bağlı görüntülər və emosional mesajlar paylaşaraq birbaşa xalqa müraciət etməyə üstünlük verir. Onun bu üslubu bəziləri tərəfindən səmimi lider imici kimi qiymətləndirilsə də, bəziləri bunu populizm və siyasi gündəmdən yayınmaq cəhdi kimi dəyərləndirir.

Paşinyanın son paylaşımı da qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər onun müraciətini müsbət qarşılayıb, digərləri isə ölkədəki siyasi və sosial problemlər fonunda bu cür paylaşımları tənqid ediblər.

Sözügedən görüntüləri təqdim edirik.

Seçilən
57
13
nocomment.az

10Mənbələr