AZ

Xəzər sahilində qara təhlükə: Lənkəranda sahilə mazut parçaları çıxır

LƏNKƏRAN, 2 aprel. TELEQRAF

Xəzər dənizinin Lənkəran sahilində son günlər müşahidə olunan qara mazut parçaları yerli sakinlər və balıqçılar arasında narahatlığa səbəb olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, dalğalar vasitəsilə sahilə çıxan xırda neft qalıqları kilometrlərlə uzanan sahilboyu ərazilərdə yayılıb.

Balıqçıların sözlərinə görə, küləkli hava şəraitində bu cür çirklənmə daha da artır və mazut qalıqları torlara yapışaraq ov prosesini çətinləşdirir, hətta bəzi hallarda qayıqlara zərər vurur.

Mütəxəssislər qeyd edirlər ki, sahilə çıxan maddələr karbohidrogen tərkibli neft qalıqlarıdır. Hazırda Xəzərin cənub hissəsində aktiv neft hasilatı aparılmadığından, bu halın daha çox təbii proseslər nəticəsində – dəniz dibindəki layların hərəkəti və dalğaların təsiri ilə baş verdiyi ehtimal olunur.

Ekoloqlar problemin aradan qaldırılması üçün sahilboyu ərazilərdə təmizləmə işlərinin aparılmasını, mütəmadi monitorinqin gücləndirilməsini və çirklənmənin mənbəyinin dəqiq müəyyənləşdirilməsini vacib hesab edirlər.

Seçilən
28
5
teleqraf.com

6Mənbələr