AZ

Overçukdan daha bir XƏBƏRDARLIQ: Rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa...

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Rusiya və Ermənistan 2025-ci ildə qarşılıqlı ticarətdə 5,1 milyard dollar itki verib.Bizim.Media xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.Onun sözlərinə görə, bu azalma İrəvanın Avropa İttifaqı ilə yaxınlaşması barədə açıqlamaların fonunda baş verib.

 

O, TASS-a müsahibəsində bildirib ki, Moskva hələ 2024-cü ilin sentyabrında erməni tərəfini belə söhbətlərin rus sahibkarlarının Ermənistana münasibətinə mənfi təsir göstərəcəyi barədə xəbərdar etmişdi.

Overçuk qeyd edib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11,5 milyard dollar olmuşdu, 2025-ci ildə isə ilkin məlumata görə bu rəqəm təxminən 6,4 milyard dollara düşüb.Onun fikrincə, iki ölkə arasındakı fərq — yəni 5,1 milyard dollar — məhz Ermənistanın Aİ ilə yaxınlaşması barədə siyasi siqnalların yaratdığı etimadsızlığın nəticəsidir.Rusiya rəsmisi daha sərt xəbərdarlıq da edib. Overçuk deyib ki, əgər rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa, bunun nəticələri həm Ermənistan, həm də Rusiya üçün aydın olacaq.O əlavə edib ki, Moskva İrəvanın Aİ ilə yaxınlaşmasını əvvəlki aylardan bəri Avrasiya İqtisadi İttifaqından uzaqlaşmanın siqnalı kimi qiymətləndirir.Bu açıqlama Ermənistanın xarici iqtisadi kursu ətrafında debatların gücləndiyi bir vaxta təsadüf edir.Associated Press bu gün yazıb ki, Moskva İrəvana Aİ ilə Avrasiya İttifaqı arasında seçim etməli olacağını açıq şəkildə xatırladır.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
bizim.media

2Mənbələr