AZ

Xarazinin evi vuruldu Özü yaralıdır, arvadı öldü

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tehranın bombalanması nəticəsində İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri və sabiq XİN rəhbəri Kamal Xarazi yaralanıb.Bizim.Media xəbər verir ki, bununla bağlı SEPAH-ın “Telegram” kanalı məlumat yayıb.Bildirilib ki, Kamal Xarazinin iqamətgahı ABŞ və İsrail qırıcıları tərəfindən vurulub.Hücumda Xarazinin həyat yoldaşının öldüyü bildirilir. Özü isə ağır yaralanıb və hazırda xəstəxanadadır.Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

9Mənbələr