AZ

Altı gün, on iki saatlıq iş həftəsi - TƏKLİF

Yazını böyüt
Yazını kiçilt

Rusiyalı milyarder iş adamı Oleq Deripaska, ölkənin iqtisadi və struktur transformasiyasını daha tez dəf etməsi üçün altı günlük iş həftəsinin zəruri olduğunu iddia edib. Deripaska iş saatlarının səhər saat 8:00-dan axşam saat 8:00-a qədər uzadılmasını təklif edərək, bunun mövcud şərtlərə uyğunlaşmaq üçün vacib olduğunu bildirib.

Hafta.az yazır ki, iş adamı 2026-cı ilin təkcə Rusiya deyil, bütün dünya üçün fərqli dövr olduğunu bildirib. Hazırkı prosesin klassik iqtisadi böhrandan daha dərin olduğunu vurğulayan Deripaska, qlobal imkanlardan regional məhdudiyyətlərə keçidin ağrılı bir transformasiya yaratdığını söyləyib. Oliqarx bu prosesdə ən vacib resursun cəmiyyətin artan iş qabiliyyəti olduğunu iddia edib.

Deripaskanın sözlərinə görə, Rusiyanın üstünlüyü çətin dövrlərdə tez bir zamanda səfərbər olmaq qabiliyyətidir. Buna görə də, o, altı günlük, 12 saatlıq iş həftəsinin transformasiyanı sürətləndirəcəyini bildirib. İş adamı əlavə edib ki, bu addım nə qədər tez atılarsa, ölkə yeni şərtlərə bir o qədər tez uyğunlaşacaq.

Digər tərəfdən, Rusiyada iş saatları ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi siyasətçilər əvvəllər dörd günlük iş həftəsinin uzunmüddətli perspektivdə tətbiq oluna biləcəyini iddia etsələr də, Əmək Nazirliyi belə bir addımın hazırda gündəmdə olmadığını bildirib.

Seçilən
13
hafta.az

1Mənbələr