AZ

“Məzarın üstünə gülü qaynatam əkmişdi” Ərini öldürən qadın DANIŞDI

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin dindirilməsi ilə davam edib. Təqsirləndirilən Elmira Əliyeva qətli qəsdən törətmədiyini bildirib:

"Mən həmin gün özümdə deyildim, şokda idim, içəri girə bilmirdim. Həmişə mənə  deyirdi ki, ona bir şey olsa, adamları bunu edənin nəslini qurudarlar. Atası ilə küsülü idi, ailəsi ilə münasibəti pis idi. Məni və qızımı vəhşicəsinə döyürdü, ağıza allnmayacaq dərəcədə pis sözlərlə söyürdü. Hətta bir dəfə onun barmaqlarını da qırmışdı. Həkimə aparanda qızıma  tapşırdı ki, "Soruşsalar deyərsən ki, əlim qapının arasında qalıb". O həmişə narkotik çəkirdi, hətta həyətdə də ləklər əkmişdi. Samiri basdırmağa aparanda onun qollarını, ayaqlarını "skoç"layıb sürüməyə başladım. Ayağından tutub onu güclə  qazdığım çuxurun yanına gətirdim, itələyib qəbirə atdım. Evə qayıdıb divanı və yeri təmizləməyə başladım. Divanı açarla söküb hissələrə ayırdım, xalça və döşəklə birlikdə  yaxınlıqdakı zibilliyə tulladım. Deyirlər ki, guya Samiri basdırıb üstündə gül əkmişəm. Bu doğru deyil; o gülü qaynatam əkmişdi, üstəlik yanında mandarin ağacı da basdırmışdı. Məni heç yerə getməyə qoymurdu, telefonumu da əlimdən almışdı. Bir tək anamgilə gedə bilirdim, onda da gəlib yanımızda otururdu, bir saat keçməmiş evə qayıdırdıq".

Növbəti proses 9 aprel saat 16:00-a təyin olunub.

Xatırladaq ki, məlum hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
lent.az

2Mənbələr