AZ

Ufada neft emalı zavoduna dron hücumu oldu - VİDEO

Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada yerləşən "Başneft-Novoil" neft emalı zavoduna dron hücumu edilib.

Milli. Az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Başqırdıstan rəhbəri Radi Xabirov özünün "Telegram" kanalında da baş verən hadisəni təsdiqləyib. Onun sözlərinə görə, neft emalı zavoduna yaxınlaşan bir neçə pilotsuz uçuş aparatı məhv edilib. PUA-lardan birinin qalıqları sənaye zonasına düşüb və nəticədə yanğın baş verib.

Radi Xabirov bundan başqa Ufada yaşayış binasına da dron hücumu olduğunu da bildirib. Onun sözlərinə görə hadisə nəticəsində bir neçə mənzilə də ziyan dəyib.

Milli.Az

Seçilən
4
1
milli.az

2Mənbələr