AZ

"Azərbaycanla Ermənistan arasında davamlı sülh üçün atılan müsbət addımlardan məmnunuq"

BAKI, 2 aprel. TELEQRAF

Türkiyə dərin tarixi və mədəni bağlara malik olduğu qonşu coğrafiyada - Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində atılan müsbət addımları məmnuniyyətlə qarşılayır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

"Bölgədə yaranmış tarixi fürsətin dəyərləndirilməsini və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını arzu edirik. Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti Türk dünyasındakı qarşılıqlı əlaqələri daha da artıracaqdır. Nəqliyyat, energetika, infrastruktur və kommunikasiya kimi bir çox sahədə yeni əməkdaşlıq imkanlarının Türk dünyasının rifahına mühüm töhfələr verəcəyinə inanırıq".

Seçilən
27
teleqraf.com

1Mənbələr