AZ

ABŞ NATO-dan çıxa, Ukraynaya hərbi dəstəyi dayandıra bilər

BAKI, 2 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropanın Ukraynaya hərbi yardım səylərinə Amerika dəstəyini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker məlumat verib.

“Prezident Tramp hazırda hər şeyi - həm bizim NATO-dakı iştirakımızı, həm Avropanın Ukraynaya yardım səylərinə dəstəyimizi, həm də ABŞ-nin digər fəaliyyətlərini yenidən nəzərdən keçirir”, - o bildirib.

Metyu Uitaker əlavə edib ki, hazırda bütün variantlar masadadır.

ABŞ dövlət katibi Marko Rubio bundan öncə bəyan etmişdi ki, Vaşinqton Avropa ölkələrinin İrana qarşı əməliyyatlarda Amerika üçün hərbi bazalarından istifadəni məhdudlaşdırması səbəbindən NATO-dakı iştirakını nəzərdən keçirə bilər. Eyni fikir Prezident Donald Tramp tərəfindən də səsləndirilib.

Seçilən
29
2
teleqraf.com

3Mənbələr