AZ

Manfred Lerli: "Bütün böyük futbol bazarlarında, tanınmış klublarda fəaliyyət göstəririk"

"Eyeball" şirkəti bütün böyük futbol bazarlarında, tanınmış klublarda fəaliyyət göstərir.

"Far.Az" xəbər verir ki, bunu kamera və analiz platforması olan "Eyeball" şirkətinin direktoru Manfred Lerli AFFA ilə müqavilənin imzalanma mərasimində deyib.

"İlk növbədə təqdimata görə təşəkkür edirəm. Bizim bir çox platformalarda məhsullarımız var. 43 ölkədə fəaliyyət göstəririk, 3000 partnyorumuz var. Çoxsaylı klublarla işləyirik. MLS-də, Afrikada, Yaxın Şərqdə platformalarımız var. Bütün böyük futbol bazarlarında, tanınmış klublarda fəaliyyət göstəririk. 70 minə yaxın oyunçunu nəzərdən keçiririk. 50 minə yaxın oyun platformamıza yüklənir. Bir çox şirkətlər bizə etimad edirlər.

Qeyd edək ki, müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq.

Seçilən
29
far.az

1Mənbələr