AZ

Dövlət Sosial Müdafiə Fondu auditor seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələri üçün 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Bakıvaxtı.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə 198 min manat ödəniləcək.

2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditini "KPMG Audit Azərbaycan" MMC həyata keçirib. Şirkətə 600 min manat ödənilib.

Seçilən
4
4
bakivaxti.az

5Mənbələr