AZ

“Ermənistandakı Rusiya biznesi təhlükə altındadır” - Overçuk

“Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, ölkəsindəki Rusiya biznesi təhlükə altında deyil, lakin faktlar bunun əksini göstərir”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “TASS”a müsahibəsində deyib.

"Ötən yay biz Paşinyana Rusiya investorlarının Ermənistandakı perspektivləri ilə bağlı birbaşa sual verdik. O bildirdi ki, Ermənistandakı Rusiya biznesini heç nə təhdid etmir. Faktlar bunun əksini deyir. Görürük ki, onlar bizə bir şey deyirlər, amma əslində tamamilə fərqli bir şey baş verir. Əvvəlcə elektrik enerjisi alışı və pərakəndə ticarət sahəsində maraqları olan bir rusiyalı iş adamının mülkiyyət hüquqları pozuldu və indi Rusiyanın dövlət şirkətinə güzəşti satmaq təklif edildi", - deyə siyasətçi vurğulayıb.

Overçuk qeyd edib ki, Ermənistanda Moskva ilə münasibətləri azaltmaq və Rusiya biznesini respublikadan çıxarmaq istəyən insanlar var.

Daşqın HəsənovMissiya.Az

Seçilən
34
missiya.az

1Mənbələr