AZ

Cənubi Qafqazda sülh prosesindəki müsbət addımlar məmnuniyyətlə qarşılanır - Cevdet Yılmaz

Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunmasına yönəlmiş atılan müsbət addımlar məmnuniyyətlə qarşılanır.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

Cevdet Yılmaz bölgədə yaranmış tarixi imkanın dəyərləndirilməsini və iki ölkə arasında sülh sazişinin imzalanmasını arzu edib:

"Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti Türk Dünyasında qarşılıqlı əlaqələri daha da artıracaq. Nəqliyyat, enerji, infrastruktur və kommunikasiya kimi bir çox sahədə yeni əməkdaşlıq imkanlarının Türk Dünyasının rifahına mühüm töhfə verəcəyinə inanırıq".

Seçilən
13
2
missiya.az

3Mənbələr