AZ

Sarkisyan seçkiyə qatılmaqdan imtina etdi, çünki...

Ermənistanın keçmiş hakim partiyası Müxalif Ermənistan Respublika Partiyası sürpriz qərar verib.

Serj Sarkisyanın rəhbərlik etdiyi partiya seçkilərə qatılmayacağını açıqlayıb. Partiyadan ölkədəki mövcud siyasi vəziyyət ətrafında aparılan hərtərəfli təhlillərdən sonra seçkilərdən birbaşa kənarlaşma qərarı aldıqları bildirilib.

Maraqlıdır, bu qərara səbəb nədir? Sarkisyan artıq xalqın ona inanmadığını başa düşdüyü üçün seçkidən imtina edib?
 
Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında bildirib ki, bu seçkidə nə Sarkisyana, nə də Köçəryana səs verilməyəcək: 

395615

“Çünki Ermənistan xalqı artıq müharibədən yorulub və özlərinə aid olmayan Qarabağın yükünü on illərdir çiyinlərində daşımaqdan beziblər. Onlar anlayırlar ki, Nikol Paşinyandan başqa hər hansı siyasi qüvvəyə səs versələr, yenidən müharibə, qarşıdurma və qan tökülməsi baş verə bilər. Bu reallığı dərk edən Ermənistan cəmiyyəti Sarkisyan və Köçəryan kimi siyasətçilərə dəstək verməyəcək”.

Ekspert qeyd edib ki, Sarkisyan kifayət qədər hiyləgər siyasətçidir və mövcud vəziyyəti düzgün qiymətləndirdiyi üçün seçkidən kənarda qalmağa üstünlük verib:

“O, gələcəkdə seçkidə iştirak etmədiyini elə təqdim edə bilər ki, guya qatılacağı təqdirdə qalib gələcəkdi. Əslində isə Sarkisyan reallıqla barışmaq məcburiyyətində qaldığını göstərir. Hesab edirəm ki, Robert Köçəryan da bu reallığı qəbul etməli və ona uyğun addım atmalıdır. Ermənistan xalqı, ümumilikdə isə Cənubi Qafqaz xalqları dinc və qarşılıqlı anlaşma şəraitində yaşamalıdır”.

Günel Cəlilova

Seçilən
4
hit.az

1Mənbələr