AZ

İran İsrail ABŞ savaşı bölgə üçün təhdiddir Cevdet Yılmaz

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Qlobal sistemdə krizlər həlsiz qalıb. İran-İsrail-ABŞ savaşı türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir”.

Globalinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, davam edən savaş, Hörmüz boğazı başda olmaqla, enerji bazarı üçün təhdid olaraq qalmaqdadır: “Bu bölgəni və iqtisadiyyatı geridönülməz fəlakətə aparacaq. Hər nə olur olsun, İranın bölgə ölkələrini hədəf alması da qəbuledilməzdir. Gözləntimiz tez zamanda müharibəyə son verilməsi və diplomatik həll yoluna qayıdılmasıdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
8
globalinfo.az

9Mənbələr