Türkiyənin "TV8" kanalının rəhbəri Acun Ilıcalı Kosova – Türkiyə matçına görə tənqid atəşinə tutulub.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, Türkiyə milli futbol komandasının Kosovanı 1:0 hesabı ilə məğlub edərək 24 ildən sonra Dünya Kubokuna vəsiqə qazandığı tarixi qarşılaşmada fit çalınan kimi kanalın 20 dəqiqəlik reklam fasiləsi verməsi izləyiciləri qəzəbləndirib.
24 il aradan sonra əldə edilən qələbə sevincini izlmək yerinə reklam çarxlarının təqdim olunması sosial mediada sərt reaksiaya ilə qarşılanıb. İzləycilərin bir qismi kanalın bağlanılmasını, digər bir qismi isə bundan sonra heç bir matçın "TV8"də yayımlanmamasına çağırış edib.
İzləyicilər arasında reklamsız yayıma görə "İctimai TV"yə təşəkkür edənlər də az olmayıb. Türkiyəli izləyicilər matçı Azərbaycan kanalındakı şərhçinin (Tural Dadaşov) daha yaxşı təqdim etdiyini bildiriblər.
"Milli matçlar "TRT"də yayımlanmalıdır", "Bilsəydim Azərbaycan kanalından izləyərdim", "Acun üçün pul daha önəmlidir", "Kaş elə bu spiker səsləndirəydi", "Utanın, sağ olsun Azərbaycan", "Burnumuzdan gətirdilər, böyük ayıbdır. "TV8"in komandasını qınayıram. Bizi çox önəmli anlardan məhrum etdilər", "Milli oyunlar özəl telekanllarda yayımlanmamalıdır", "Acun, istefa" kimi bir çox tənqid dolu şərhlər matçla bağlı paylaşımlara yazılıb.
https://www.instagram.com/reel/DWntZnnALHl/?utm_source=ig_web_copy_link
"Cebheinfo.az"