AZ

AzMİU əməkdaşları Orhun proqramı çərçivəsində Ankara Universitetində ezamiyyətdə olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiyakafedrasının əməkdaşları – dosent Leyla Məmmədova və baş müəllimSevda Qasımova Orhun mübadilə proqramı çərçivəsində TürkiyəninAnkara Universitetində ezamiyyətdə olublar.

Ezamiyyət müddətində AzMİU əməkdaşları Ankara Universitetininmüvafiq fakültə və kafedraları ilə yaxından tanış olub, buradatədris və elmi-tədqiqat prosesinin təşkili ilə bağlı ətraflıməlumat əldə ediblər.

Səfər çərçivəsində universitetin müasir avadanlıqlarla təchizolunmuş laboratoriyalarına baxış keçirilib, aparılan elmi tədqiqatişləri, eksperimental metodlar və innovativ yanaşmalar yerindəöyrənilib. Xüsusilə inşaat materialları tullantılarının təkraremalı istiqamətində fəaliyyət göstərən laboratoriyada aparılantədqiqatlar diqqət mərkəzində olub, bu sahədə tətbiq olunan müasirtexnologiyalar və praktiki yanaşmalar barədə geniş fikir mübadiləsiaparılıb.

Görüşlər zamanı gələcəkdə birgə elmi tədqiqatların həyatakeçirilməsi, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi,eləcə də ortaq layihələrdə iştirak imkanları müzakirə edilib.Ezamiyyətin əsas məqsədi beynəlxalq əməkdaşlığın inkişafetdirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və müasir elmiyanaşmaların mənimsənilməsi olub.

Qeyd edək ki, bu səfər AzMİU ilə Ankara Universiteti arasındaelmi və akademik əlaqələrin daha da möhkəmləndirilməsi baxımındanmühüm əhəmiyyət kəsb edir və universitetin beynəlxalq nüfuzununartırılmasına xidmət edən uğurlu addım kimi qiymətləndirilir.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Seçilən
7
4
az.trend.az

5Mənbələr