AZ

Baş nazir Əli Əsədov: “Orta Dəhliz üzrə tranzit daşımalar davamlı olaraq artmaqdadır”

Türk dünyasının geostrateji mövqeyi ölkələrimiz üçün olduqca böyük üstünlüklər yaradır. Avropa ilə Asiyanı birləşdirən, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən regionumuz beynəlxalq nəqliyyat və logistika baxımından mühüm əhəmiyyətə malikdir.

Bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bu potensialdan daha səmərəli istifadə etmək üçün nəqliyyat bağlantılarının inkişafı və tranzit imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Bu xüsusda Orta Dəhlizin önəmi ayrıca vurğulanmalıdır. Son dövrdə bu marşrut Avrasiyanın nəqliyyat xəritəsində ən perspektivli, təhlükəsiz və etibarlı bağlantı xətlərindən birinə çevrilməkdədir. Birgə səylərimiz nəticəsində Orta Dəhliz üzrə tranzit daşımalar davamlı olaraq artmaqdadır. 2025-ci ildə bu artım 11 faizə yaxın təşkil edib. Rəqəm olaraq 5 milyon ton olub.

AZƏRTAC

Seçilən
11
7
vergiler.az

8Mənbələr