AZ

İran, İsrail və ABŞ arasında artan gərginlik TDT coğrafiyası da daxil olmaqla geniş bir ərazidə sülhü təhdid edir - Cevdet Yılmaz

Bakı. Trend:

Qlobal sistemdə mövcud olan tıxanıqlıq və zəiflik səbəbindən,təəssüf ki, böhranlar həll olunmadan qalmaqdadır. İran, İsrail vəABŞ arasında artan gərginlik Türk Dövlətləri Təşkilatınıncoğrafiyası da daxil olmaqla geniş bir ərazidə sülhü təhdidedir.

Trend xəbərverir ki, bunu Türkiyə Respublikasının Vitse-prezidenti CevdetYılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumətbaşçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçiriləngörüşündə çıxışı zamanı deyib.

"Bu prosesin məqsədi bölgəni addım-addım qeyri-sabitliyəsürükləməkdir. Davam edən münaqişə, xüsusilə Hörmüz boğazı başdaolmaqla enerji xətləri və qlobal iqtisadi sabitlik üçün ciddirisklər yaradır.
Kritik infrastruktur və enerji obyektlərinin hədəfə alınması isəhəm regionu, həm də qlobal iqtisadiyyatı geri dönülməz fəlakətəsürükləyə bilər. Gözləntimiz münaqişələrə bir an öncə son qoyulmasıvə diplomatiyaya dönüşün təmin edilməsidir", - deyə vitse-prezidentbildirib.

Seçilən
15
1
az.trend.az

2Mənbələr