AZ

İsrailin Livandakı hücumları nəticəsində ölənlərin sayı 1300 ü keçdi

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 1318 nəfərə çatıb, 3935 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Livan Milli Xəbər Agentliyinə (NNA) istinadən yayımlanıb.

Məlumatda bildirilir ki, bu rəqəmlər ölkənin Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub və təkcə 120-dən çox uşaq həyatını itirib. Nazirlik həmçinin qeyd edib ki, son 24 saat ərzində 50 nəfər həlak olub, 185 nəfər yaralanıb.

Qeyd olunur ki, İsrail Livanın cənubunu bombalamağa davam edir və ciddi insan itkilərinə və maddi ziyana səbəb olur.

Məlumata görə, Livanda fəaliyyət göstərən radikal Hizbullah hərəkatı sərhəd bölgələrində İsrail mövqelərinə və texnikasına hücum edib. İranın dəstəklədiyi Hizbullahın İsrailə raket atmasından sonra Livan 2 martdan bəri Yaxın Şərq münaqişəsinə qarışıb. Buna cavab olaraq İsrail intensiv quru və hava hücumları həyata keçirib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
redaktor.az

2Mənbələr