AZ

AMB-nin valyuta ehtiyatları artıb

2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 mln. ABŞ dolları üstələyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərinə dair qərarında bildirilib.

Qeyd edilib ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27.7%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.

Bu şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb.

"Cebheinfo.az"

Seçilən
8
4
cebheinfo.az

10Mənbələr