AZ

DSMF auditor seçilməsi ilə bağlı tenderə yekun vurub

XQ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələri üçün 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

Bildirilir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Qalib şirkətə 198 min manat ödəniləcək.

Qeyd edək ki, 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditini "KPMG Audit Azərbaycan" MMC həyata keçirib. Şirkətə 600 min manat ödənilib.

N.Adilqızı
XQ

Seçilən
0
4
xalqqazeti.az

5Mənbələr