Ermənistanda Rusiya şirkətlərinin iştirakının arzuolunmazlığı barədə danışmaq Rusiyada erməni biznesinin fəaliyyəti məsələsini qaldıracaq. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.
"Həqiqət budur ki, Ermənistan dəmir yolu, əgər qalarsa, öz iqtisadiyyatının ehtiyaclarını ödəyən bir yol olaraq qalacaq, onun real perspektivləri Avrasiya İqtisadi İttifaqına bağlıdır. Bizim marağımız Ermənistanla, eləcə də regionun bütün dövlətləri ilə ticarətin artırılmasıdır, lakin bizə deyilsə ki, Rusiyanın Ermənistandakı şirkətlərinin iştirakı Ermənistanın maraqlarına uyğun deyil, qarşılıqlılıq prinsipinə əsaslanaraq, ədalətli olardı ki, soruşaq - əgər Rusiya şirkətləri və sahibkarları Ermənistanda iştirak edə və qazana bilmirlərsə, niyə erməni şirkətləri və sahibkarları Rusiyada iştirak edə və qazana bilirlər?" - o qeyd edib.
Overçuk vurğulayıb ki, xarici iqtisadi əlaqələr "iki tərəfli yoldur". "Qarşılıqlı ticarət olmadan yük daşımaları olmaz və Ermənistan dəmir yolunun yüklənməsi də bundan asılıdır. Rusiyada işləyən erməni biznesi buna diqqət yetirməlidir. Axı bizdə məsələnin məhz bu müstəvidə qoyulduğu qiymətləndirilir və bu barədə açıq danışmaq lazımdır", - Rusiya Federasiyasının Baş nazirinin müavini bildirib.
Almaz Həsənli