AZ

Füzuli Məmmədov: Futbolda əgər lərlə danışmaq doğru yanaşma deyil MÜSAHİBƏ

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Sport24.az saytına müsahibə verib.- Milli fasilə komandaya necə təsir etdi?- Milli fasilədən maksimum səmərə ilə istifadə etməyə çalışdıq. Bu müddət ərzində həm fiziki, həm də taktiki baxımdan üzərində işlədiyimiz məqamlar oldu. Eyni zamanda bəzi oyunçuların bərpası və komandadaxili balansın yenidən qurulması üçün yaxşı fürsət yarandı. Düşünürəm ki, bu fasilə komandaya müsbət təsir edəcək və qarşıdakı oyunlarda bunun nəticəsini daha aydın görəcəyik.- Növbəti oyun "Qarabağ"ladı. Sürpriz nəticə gözləmək olar?- Biz hər oyuna maksimum nəticə üçün çıxırıq və qarşıdakı rəqibin kimliyindən asılı olmayaraq öz oyunumuzu sərgiləməyə çalışırıq. "Qarabağ" çox keyfiyyətli və sabit çıxış edən kollektivdir, bunu hamımız bilirik. Amma son oyunlarda komandamızın inkişafı və meydanda göstərdiyi performans bizi ümidləndirir. Futbolçular artıq tələblərə daha yaxşı uyğunlaşır və oyun intizamı baxımından irəliləyiş var. Düşünürəm ki, bu dinamikanı davam etdirə bilsək, qarşıdakı matçlarda daha yaxşı nəticələr əldə etmək mümkündür.- Komandanın Liqada qalması üçün nə etməlisiniz?- Hazırkı vəziyyəti düzgün qiymətləndiririk və reallığı anlayırıq. Əsas məqsədimiz hər oyuna maksimum ciddi yanaşmaq, xırda detallar üzərində işləmək və komanda olaraq sabitliyi artırmaqdır. Liqada qalmaq üçün ilk növbədə intizamlı oyun, konsentrasiya və sonadək mübarizə əsas şərtlərdir. Eyni zamanda biz yalnız qısa müddətli nəticələri yox, klubun ümumi inkişafını da düşünürük. Qarşıdakı oyunlarda xal ehtiyatımızı maksimum artırmağa çalışacağıq. İnanıram ki, komanda bu məsuliyyəti dərk edir və meydanda bunun qarşılığını verməyə çalışacaq.- I Liqaya düşsəniz, komanda ilə davam edəcəksiniz?- Hazırda bütün diqqətimiz cari mövsümə və qarşıdakı oyunlara yönəlib. Klub olaraq əsas məqsədimiz Premyer Liqada qalmaqdır və bütün gücümüzü buna səfərbər etmişik. Gələcəklə bağlı qərarlar isə mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi ilə birlikdə müzakirə olunacaq. Mənim üçün əsas olan klubun maraqlarıdır və hansı qərar veriləcəksə, bu da məhz klubun inkişafına uyğun şəkildə olacaq. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, klubun qarşısında uzunmüddətli inkişaf strategiyası var və bu istiqamətdə ciddi işlər görülür. İnfrastruktur artıq maksimum səviyyəyə çatdırılıb və yenidənqurma prosesləri davam edir. Hazırda istifadə etdiyimiz bazadan əlavə, əvvəlki bazamız akademiya üçün əsaslı şəkildə təmir olunur. Burada təbii ot örtüklü meydança və tribuna hazırlanır. Bununla yanaşı, akademiya üçün nəzərdə tutulmuş ərazidə iki yeni təbii ot örtüklü meydança da salınıb. Bu da göstərir ki, klub yalnız bu gün üçün yox, gələcək üçün də sağlam və dayanıqlı təməl qurur.- Mövsümün əvvəlində baş məşqçi təyin olunsaydınız, başqa nəticə ola bilərdi?- Futbolda "əgər"lərlə danışmaq doğru yanaşma deyil. Mən komandaya qoşulduğum vaxtdan etibarən mövcud vəziyyəti qəbul edib işə başlamışam və bütün diqqətimi prosesi düzgün qurmağa yönəltmişəm. Təbii ki, hər bir məşqçi mövsümün əvvəlindən komandaya rəhbərlik etməyi üstün tutar, çünki bu zaman həm seleksiya, həm hazırlıq prosesi, həm də oyun fəlsəfəsinin formalaşdırılması üçün daha geniş imkan olur. Amma bu, futbolun bir parçasıdır və biz mövcud şərtlərlə işləməyi bacarmalıyıq. Hazırda əsas məqsədimiz komandada sabitliyi yaratmaq, oyun keyfiyyətini artırmaq və mərhələli şəkildə istədiyimiz səviyyəyə çatmaqdır. Mövsümün gedişatını və mövcud vəziyyəti düzgün qiymətləndiririk, eyni zamanda klub olaraq daha geniş perspektivdən yanaşırıq. Əsas hədəf yalnız bu mövsümün nəticəsi ilə məhdudlaşmır – biz daha dayanıqlı və rəqabətədavamlı komanda formalaşdırmaq üzərində çalışırıq. İnanıram ki, görülən işlər və atılan addımlar növbəti mərhələdə komandanın daha güclü şəkildə öz sözünü deməsinə imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
sport24.az

1Mənbələr