AZ

Qazaxıstan Zəngəzur dəhlizi layihəsində iştirak etməyə hazırdır - Oljas Bektenov

Bakı. Trend:

Qazaxıstan Zəngəzur dəhlizi layihəsində iştirak etməyəhazırdır.

Trend xəbər verirki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda keçirilənTürk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının vəvitse-prezidentlərinin ikinci iclasında bildirib.

“Artan geosiyasi gərginlik fonunda hazırda regionun ərzaq vəenerji təhlükəsizliyini təmin edən ticarət və nəqliyyatmarşrutlarında fasilələr müşahidə olunur.

Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ənetibarlı və təhlükəsiz tranzit yollarından biridir. Orta Dəhlizininstitusional statusunun yüksəldilməsi məqsədilə biz bu ilAzərbaycanla müvafiq hökumətlərarası saziş imzalamağıplanlaşdırırıq”, – deyə o bildirib.

Bektenov qeyd edib ki, bu marşrutun dayanıqlığını qorumaqla onunZəngəzur dəhlizinin açılması ilə inteqrasiyasını təmin etməkvacibdir.

“Bu kontekstdə Qazaxıstan marşrut layihəsində iştirak etməyəhazırdır və bir sıra qazaxıstanlı şirkətlər dəmir yoluinfrastrukturunun tikintisi və modernləşdirilməsinə maraqgöstərir”, – deyə Baş nazir vurğulayıb.

Seçilən
32
az.trend.az

1Mənbələr