AZ

ABŞ-dən kritik həmlə: Sanksiya siyahısından çıxarıldı

ABŞ 3 yanvarda Venesuelada saxladığı dövlət başçısı Nikolas Madurodan sonra vəzifə icra edən keçid dövrünün dövlət başçısı Delsi Rodrigesə qarşı sanksiyaların ləğv edildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisindən (OFAC) verilən yazılı açıqlamada Venesuela ilə əlaqəli sanksiyalarla bağlı yeniləmə dərc olunub.

Açıqlamada Rodrigesə qarşı tətbiq edilən sanksiyaların ləğv edildiyi məlumatı verilib.

Rodriges sosial media platformasındakı hesabından etdiyi paylaşımda ABŞ-nin qərarını "ölkələr arası münasibətlərin normallaşdırılması və gücləndirilməsi yolunda mühüm addım" kimi xarakterizə edib.

Müvəqqəti dövlət başçısı Rodriges "Bu prosesin və qətiyyətin, nəticədə ölkəmizə qarşı qüvvədə olan əlavə sanksiyaların ləğvinə də imkan yaradacağına inanırıq", - ifadələrini işlədib.

Xatırladaq ki, Rodriges yanvar ayında Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra Venesuelanın müvəqqəti prezidenti kimi fəaliyyətə başlamışdı.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr