ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı təhdidləri Avropa ölkələrini birləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrinə istinadən məlumat yayımlayıb.
Qeyd olunur ki, Trampın belə siyasətinin yeganə nəticəsi Avropa üzv ölkələrinin ona qarşı birləşməsi olub. Qəzetin verdiyi məlumata görə, iki onluq qədər rəsmi və diplomatlarla danışan jurnalistlərin sözlərinə görə, keçən həftə on Avropa ölkəsinin – Böyük Britaniya, İsveç, Finlandiya, Norveç, Danimarka, Estoniya, İslandiya, Latviya, Litva və Niderland – liderləri Helsinki şəhərində gizli nahar zamanı görüşərək “transatlantik alyansın acınacaqlı vəziyyəti”ni müzakirə ediblər.
Aytəkin TOFİQQIZI