AZ

İranın keçmiş xarici işlər naziri hava hücumunda ağırYARALANDI

İran mediası bildirir ki, İranın Xarici İşlər üzrə Strateji Şurasının sədri və keçmiş xarici işlər naziri Kamal Xərrazi hava hücumu nəticəsində ağır yaralanıb.

Redaktor.az xəbər verir ki, hücumun hədəfi onun mənzili olub və nəticədə Xərrazinin həyat yoldaşı həlak olub.

Məlumata görə, 81 yaşlı Xərrazi 1997–2005-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışıb. Daha sonra o, İranın öldürülmüş Ali Lideri Ayətullah Əli Xameneinin xarici işlər üzrə müşaviri olub.

Aminə ŞAHSUVARQIZI

Seçilən
24
1
redaktor.az

2Mənbələr