İran hakimiyyəti ABŞ və İsrailin zərbələri nəticəsində dağıdılmış ali təhsil müəssisələrini yenidən qurmağa başlayıb.
Redaktor.az xəbər verir ki, “Mehr” xəbər agentliyinin məlumatına görə, qərarı İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Rza Aref təsdiqləyib və ölkənin elmi və tədqiqat mərkəzlərində işlərin bərpa olunduğunu elan edib.
Aref bildirib: “Düşmənə ən yaxşı cavab universitetlərdə, tədqiqat mərkəzlərində işlərin dərhal bərpa olunması və elmi istehsalın davam etdirilməsidir”.
Aminə ŞAHSUVARQIZI