AZ

"Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir" - VİDEO

ABŞ və Fransa münasibətlərində İran münaqişəsi ilə bağlı soyuq yellərin əsməsi fonunda ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun həyat yoldaşı ilə olan münasibətlərini rişxənd obyektinə çevirib.

Milli.Az xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Sonra mən Makrona zəng vurdum - o Makron ki, həyat yoldaşı onunla çox pis davranır. O çənəsinə dəyən zərbədən ələdə bərpa olunmaqdadır",- deyə Amerika lideri bildirib.

Xatırladaq ki, 2025-ci ilin may ayında "Associated Press" Fransa Prezidentinin Vyetnama səfəri zamanı təyyarəyə enişini əks etdirən video yayımlayıb. Kadrlarda hələ də təyyarənin daxilində olan Makronun silueti görünür. Bu zaman Makronun həyat yoldaşının əlləri kadra daxil olur, özü tam görünmür və o, sürətlə əlini ərinin üzünə doğru qaldıraraq sanki ona şillə vururmuş kimi hərəkət edir.

Fidan
Milli.Az

Seçilən
1
1
milli.az

2Mənbələr