Bakıda, "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilir.
SİA xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprin hökumət başçıları, Türkiyənin Vitse-prezidenti, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, həmçinin TDT-nin Baş katibi iştirak edir.
Görüşdə iqtisadi əlaqələr və nəqliyyat-logistika məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Xatırladaq ki, TDT-yə üzv dövlətlərin hökumət başçılarının ilk iclası ötən il sentyabrın 18-də Qırğızıstanda keçirilib.