AZ

TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək

Bakı. Trend:

Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının (TDT)fəaliyyətinə fəal töhfə verməyə, üzv dövlətlərlə çoxtərəfli vəikitərəfli əsasda əməkdaşlığı daha da inkişaf etdirməyəhazırdır.

Trend xəbərverir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda TürkDövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumətbaşçılarının/Vitse-prezidentinin bugünkü görüşündə deyib.

Baş nazir bildirib ki, cari ildə Azərbaycanın sədrliyiçərçivəsində təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi,praktiki əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərinirəli aparılması istiqamətində məqsədyönlü səylər davametdiriləcək.

“Əminik ki, ortaq siyasi iradə, qarşılıqlı dəstək və praqmatikyanaşma nəticəsində Təşkilatımızın nüfuzu və təsir imkanları dahada artacaq, xalqlarımızın rifahına xidmət edən yeni layihələrhəyata keçiriləcək.

Bugünkü görüşün də qarşılıqlı anlaşma, səmərəli müzakirələr vəkonkret nəticələrlə yadda qalacağına inanıram”, - deyə o fikrinitamamlayıb.

Seçilən
35
10
az.trend.az

10Mənbələr