AZ

“Allah eləməsin ki, Azərbaycan və Türkiyə İrana qarşı əməliyyatlara qoşulsun...”

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bu dövlətlər Yaxın Şərq ölkələrində 50 ildən artıqdır ki, eyni soy kökündən olan ərəbləri bir-birinə qırdırır. Buna getməyənləri, məsələn Qəddafini, Səddam Hüseyni və b. yalançı  bəhanələrlə ləkələyib aradan götürürlər...”

“Əlbəttə ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Bunu da nəzərdən qaçırmamalıyıq ki, Azərbaycanın şimalında aqressiv Rusiya durur. Ən böyük təhlükə bizim üçün oradan ola bilər, çünki Rusiya İranın müttəfiqidir və Çinlə birlikdə onu müdafiə edirlər...”

"Biz cahil ərəblər deyilik ki, bir birimizi qıraq. Onların ağlı olsaydı və bir yerə yığışıb..."

Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə əsasən Azərbaycan və Türkiyənin İrana qarşı savaşa cəlb edilməsi cəhdlərindən danışdıq.

-Tahir müəllim, İrana qarşı savaş başladılandan mütəmadi olaraq belə fikirlər səslənir ki, guya ABŞ–İsrail cütlüyü Azərbaycan və Türkiyəni də öz tərəflərində hərbi əməliyyatlara cəlb etməyə cəhd göstərirlər. Sizcə, bu doğrudurmu?

-Bu doğrudur. Belə cəhdlər göz qabağındadır. Biz proseslərə keçmiş Ali Sovetin sədri Yaqub Məmmədovun dedikləri mövqedən yanaşmalıyıq və bilməliyik ki, özümüzdən asılı olmayaraq “Boyük oyunun “peşkalarıyıq!” Bununla  belə, Azərbaycan Türkiyədən fərqli olaraq heç bir hərbi-siyasi ittifaqın üzvü deyil və Azərbaycan Prezidenti düzgün balanslaşdırılmış siyasət aparır və çalışır ki, qonşulara qarşı heç bir aqressiv hərəkətlər etməsin. Buna baxmayaraq Azərbaycanı da bu oyuna qatmağa çalışırlar. Yadınıza Naxçıvana atılan dronları salın. Bu, kiçik hadisə deyil, Azərbaycana qarşı ən böyük təhdid idi.

Bu hadisənin hansı ölkə tərəfindən törədilidiyinə varmadan onu qeyd etmək istəyirik ki, İran-Azərbaycan münasibətlərini müharibə həddinə çatdırmaq istəyən qüvvə kimi ABŞ-ı və İsraili açıq şəkildə göstərmək olar. Bu dövlətlər Yaxın Şərq ölkələrində 50 ildən artıqdır ki, eyni soy kökündən olan ərəbləri bir-birinə qırdırır. Buna getməyənləri, məsələn Qəddafini, Səddam Hüseyni və b. yalançı  bəhanələrlə ləkələyib aradan götürürlər. Onları proksi-iqtidarlarla əvəz edib, başqa ölkələrə qarşı təcavüzə hazırlayırlar. Bu saat belələrindən biri Suriyanın yarımçıq  prezidentidir ki, əlindən gələni edir ki, İsrail və ABŞ-ın zurnası ilə oynasın. Bu fərd  Suriyanın  şimalında  və Türkiyənin  cənubunda yaşayan kürdləri İrana qarşı quru əməliyyatına sövq etdirmək istəyir. Bu fikirləri  bu yaxınlarda “Oyan Azərbaycan” telekanalında məşhur türkiyəli kontr-admiral Cihat Yayçı səsləndirdi...

Onun  sözlərindən belə çıxırdı ki, kürd terrorçu dəstələri Cənubi Azərbaycana girib qırğın törətməli idi... Türkiyə Prezidenti Ərdoğan olmasaydı,  bu, baş tutacaqdı. Həmin faktları təhlil etsəniz görərsiniz ki, bu hadisələrin Naxçıvana atılmış  dronlarla da əlaqəsi ola bilər. Odur ki, Azərbaycan iqtidarı ayıq-sayıq və maksimum təmkinli olmalıdır... 

“Yaxın Şərq Üçüncü dünya müharibəsinin katalizatorlarıdır” desək, yanılmarıq. Türkiyə Respublikası bizimlə olsa da, NATO-nun üzvüdür və başqa NATO ölkələri kimi Yaxın Şərqdə gedən müharibəyə qoşulmamaq istəyini dəstəkləyir. 

Donald Tramp isə NATO qoşunlarının İrana girməsini istəyir və bunun üçün bütün NATO dövlətlərinə təzyiq göstərir. Türkiyə istisna deyil. Əlbəttə ki, Ərdoğan bu müharibənin qarşısını alır.  Biz  bir dost ölkə kimi Türkiyənin yanındayıq. Digər tərəfdən, qardaşlarımız Cənubi Azərbaycanlıların da hansı bəlaya düşdüklərini unutmamalıyıq. Ən azı, Prezidentimiz kimi bir yerə yığışıb, onlara humanitar yardım  göstərməliyik...

Biz cahil ərəblər deyilik ki, bir birimizi qıraq. Onların ağlı olsaydı və bir yerə yığışıb, İsrail tərəfə tüpürsəydilər, indi təcavüzkar İsrail yox idi... 

-Deyilənlər əsassız deyilsə, Azərbaycan və Türkiyəni hansı qismdə savaşa qatmaq fikirləri var; quru əməliyyatı iləmi, yoxsa ərazimizdən raket və aviasiya zərbələri iləmi?

- NATO ölkələri kimi nə Türkiyə, nə də Azərbaycan heç bir qisimdə bu əməliyyata qoşulmayacaq. Çünki Ərdoğan iqtidarının bütün siyasət və davranışları buna qarşıdır. Əlbəttə ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Bunu da nəzərdən qaçırmamalıyıq ki, Azərbaycanın şimalında aqressiv Rusiya durur. Ən böyük təhlükə bizim üçün oradan ola bilər, çünki Rusiya İranın müttəfiqidir və Çinlə birlikdə onu müdafiə edirlər...

 -Bəs görəsən, ABŞ və İsrail inanırlarmı ki, Azərbaycan, yaxud Türkiyə olaraq bizlər, – hələ qonşuluq və dindaşlıq məsələlərini demirik, – on milyonlarla türkün yaşadığı bir dövlətin ərazisinə özlərinin, və ya bizim tərəfimizdən quru əməliyyatı, yaxud raket və aviasiya zərbələri həyata keçirməyə, Allah eləməmiş, Təbrizə, yaxud Ərdəbilə raket atılmasına və ya quru hücumu edilməsinə imkan verərik? 

-İranın ABŞ və İsrailə ciddi təpgi göstərməsi faktiki olaraq 13 ölkədə olan ABŞ bazalarını yox etməsi, Hörmüz boğazındakı  gəmiləri və neft daşımalarının nəzarəti altına salması bu dövlətin heç də gücsüz olmadığından xəbər verir. Ona görə Avropanın NATO ölkələri  İspaniya, İngiltərə, Almaniya, Fransa və s. Trampın İsrail təxribatlarına qoşulmurlar.  Anlayırlar ki, qoşulsalar, Üçüncü dünya müharibəsi qaçılmazdır...

NATO ölkələrinin bu cür hərəkəti Trampın komandasını ruhdan salır. Əlbəttə ki, belə getsə, həm Aİ, həm də  NATO dağılacaq. Dərinə getsək, görərik ki,ABŞ və İsrailin İrana qarşı müharibəsinin arxasında həm də ABŞ-ın bir nömrəli geo-siyasi rəqibi Aİ-nın dağılması məqsədi durur. Ukrayna və İran müharibələri bu ölkələri diz üstündə qoyur...

Yadınıza D.Trampla Putinin Alyaskada görüşünü salın. İki ölkənin  paritet siyasətinin bərpası demək idi, yəni dünya iki düşərgəyə bölünür ABŞ və Rusiya...   

Və Allah eləməsin ki, indiki dövrdə Azərbaycan və Türkiyə İrana qarşı əməliyyatlara qoşulsun. Bu qardaş qırğını olardı. Odur ki, kontr-admiral Cihat Yayçı bizi açıq şəkildə xəbərdarlıq edir: Əlbəttə ki, biz ərəblər deyilik və buna yol vermərik... 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
moderator.az

2Mənbələr