AZ

Uçot dərəcəsi nədir və cibimizə necə təsir edir

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mərkəzi Bank faiz dərəcələri ilə bağlı yeni qərarını açıqlayıb. Qurumun İdarə Heyəti faiz dəhlizinin bütün parametrlərini olduğu kimi saxlamağa qərar verib. Bu o deməkdir ki, uçot dərəcəsi və onunla bağlı digər faiz göstəricilərində hər hansı artım və ya azalma baş verməyib.Uçot dərəcəsi əslində iqtisadiyyatın nəbzini tutan ən vacib rəqəmdir. Sadə dildə desək, bu, Mərkəzi Bankın digər banklara verdiyi borcun qiymətidir. Banklar pulu Mərkəzi Bankdan bu faizlə alır, üzərinə öz xərclərini və mənfəətini qoyub bizə kredit kimi satırlar.Bu rəqəmin artıb-azalması gündəlik həyatımıza iki yolla təsir edir. Mərkəzi Bank faizləri qaldırırsa, deməli, bazarda pulu bahalaşdırmaq istəyir. Bu zaman banklardakı kredit faizləri qalxır, borc götürmək çətinləşir. İnsanlar daha az pul xərcləyir, nəticədə mağazalarda qiymətlərin sürətlə qalxmasının, yəni inflyasiyanın qarşısı alınır. Bu addım həm də manatın dəyərini qorumaq üçün atılır.Əgər faizlər aşağı salınırsa, bu, iqtisadiyyatı canlandırmaq məqsədi daşıyır. Belə olan halda kreditlər ucuzlaşır, əhali və iş adamları daha rahat borc alıb alış-veriş edir, işlərini böyüdürlər. Amma bu vəziyyətin mənfi tərəfi odur ki, bazarda pul çoxaldığı üçün məhsullara tələbat artır və bu da qiymətlərin bahalaşmasına yol açır.Tarixə baxsaq görərik ki, Azərbaycanda iqtisadi çətinliklər olan dövrlərdə manatı qorumaq üçün bu faiz 15 faizə qədər qaldırılıb. İqtisadiyyatın ən sakit vaxtlarında isə bu rəqəm hətta 2 faizə qədər enib. Bir sözlə, Mərkəzi Bank bu rəqəmləri dəyişərək həm cibimizdəki pulun dəyərini qorumağa, həm də bazardakı qiymətləri tənzimləməyə çalışır.İslam

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
demokrat.az

1Mənbələr