AZ

Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul etdi - FOTOLAR

Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüralıyevi qəbul edib.

AFN.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarını bir araya gətirən görüşdə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər. Bu görüş təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi və ortaq maraqların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
19
49
afn.az

10Mənbələr