AZ

AFFA futbolçuları izləmək üçün klublara kamera verəcək

"AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək".

Fanat.Az xəbər verir ki, bunu AFFA-nın baş katibinin müşaviri Elçin Məmmədov “Eyeball” şirkəti ilə müqavilə imzalanma mərasimindən sonra keçirilən brifinqdə deyib.

İzləmələr üçün kameralar alınacaq və klublara veriləcək. Belədə, bu, klublara imkan verəcək ki, öz oyunçularını izləyə bilsinlər. Bu kameralar əsasən U-15, U-16 və Yüksək Qızlar Liqasında istifadə olunacaq.

"Bu platforma U-15 səviyyəsindən başlayaraq liqalardan məlumatlar toplamağa və baza yaratmağa imkan verəcək. Klublar oyunçularının məlumatları və ya performans məlumatları üçün pul ödəməyəcəklər. Artıq bugündən klub məşqçiləri üçün təlimlərə start veriləcək. Ən yaxşı oyunçuların Azərbaycan milli komandalarına seçilməsini istəyirik. Bu platforma məşqçilərimizə kömək edəcək. Avropa klubları oyunçularımız haqqında məlumatlara çıxış üçün iki il ərzində pul ödəməli olmayacaqlar. Həmçinin, U-16 səviyyəsindən başlayaraq liqalardakı qadın oyunçularımız haqqında məlumatlar da toplanacaq. Ümumilikdə, müqaviləmiz iki ildir, amma biz onu uzadacağıq. Hələ sistemin Premyer Liqaya tətbiqini nəzərdən keçirmirik. Onların belə məlumat bazası var. Məqsədimiz gənc oyunçulardır. Bu ideya üzərində bir neçə ay işlədik, şirkətlərlə danışıqlar apardıq. Avropa klublarına qapı açmaq istədik. Bu, Azərbaycan futbolçuları üçün bir fürsətdir", - deyə Məmmədov bildirib.

Qeyd edək ki, AFFA bu gün  Çexiyanın kamera və analiz platforması olan “Eyeball” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Mirağa

Seçilən
12
fanat.az

1Mənbələr