AZ

"İran savaşı" Rusiyaya yaradı: "Bloomberg"dən 40 milyard dollarlıq şok hesabat

İranın Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırması və regiondakı hərbi gərginlik dünya bazarında Rusiya neftinə olan tələbatı kəskin artıraraq Moskvanın gəlirlərini rekord səviyyəyə çatdırıb.

Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyinin avropalı analitiklərin hesabatına istinadən yaydığı məlumata görə, xam neft qiymətlərinin ilin sonuna qədər bu yüksək səviyyədə qalacağı təqdirdə, Rusiyanın neft ixracından əldə etdiyi mənfəət gözləniləndən 40 milyard dollar çox olacaq.

Yaxın Şərqdəki müharibə səbəbindən strateji su yollarının faktiki blokadaya alınması alıcıları alternativ axtarmağa məcbur edib ki, bu da Rusiya "Urals" markalı neftinin qiymətinin kəskin sıçrayışına və Qərbin tətbiq etdiyi "qiymət tavanı" sanksiyalarının əhəmiyyətini itirməsinə yol açıb.

Qeyd olunur ki, ABŞ və İsrailin İrana zərbələri nəticəsində yaranan bu "mükəmməl fırtına" Moskvanın hərbi xərclərini maliyyələşdirmək imkanlarını xeyli gücləndirib və Rusiyanı bu böhranın ən böyük iqtisadi qalibi halına gətirib. Enerji qıtlığı fonunda Avropa ölkələrinin yenidən Rusiya resurslarından asılılığı artmaqdadır ki, bu da qlobal geosiyasi tarazlıqları yenidən dəyişdirə bilər.

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr